Baki, Təbriz ,İstanbul Üçgənində Faaliyət Edən
Baki, Təbriz ,İstanbul Üçgənində Faaliyət Edən
Osmanlı İttihad- Tərəqqi Cəmiyəti
Və
Azərbaycan Məşrutiyət İnqilabı( 1905-1909) Əlaqələri
18.03.2005
Dr. Tohid Məlikzadə
tohidmelikzade@yahoo.com
Yirminci əsrin başlarından etibarən ortadoğu siyasi qutublarinda dərin səyasi, ictimaii və kültürəl çalxantıların baş verməsilə bu coğrafiyada yaşayan xalqlarin taleləri də dəyişməyə başladı. Bu xalqların Yeni düşüncələr axımında yüksələn harayları zincir kimi xalqdan xalqa dolaşıb azadlıq nəğmələrini bir birnlərinə çatdırmaya başardılar.1905 dən etibarən Rusyada baş verən azadliq hərəkatı bu azadliq hərəkatın başlanışı sayılır. Daha sonra Qacar və Osmnlılara sıçrayan bu azadlıq hərəkat, hakim gücün sınırsız quvvələrinə sınır gətirib məmləkəti idarə etməkdə xalqin da iştirak etməsi istiqamətində hərəkət etdi.
Azərbaycan isə Rusya və Osmnlıyla qonşu olduğu üçün bu siyasi və ictimaii çalxantılardan kənarda qalmadı. Bakı-Tiflis və Osmnlıyla sıx elaqede olan cənublu elit və tacir təbəqə sırayla o məmləkətlərdən sosyalist və Türkçü İttihad-Tərəqqi cəmiyəti fikrini Azerbaycanlılara getirdilər.
Osmnlıda Azərbaycanlıların iskanı tarixi və Saadət əncüməni
Osmnlıda Azərbaycanlıların iskanı və orada yaşamaları çox eskiyə gayıdir.16. əsrin başlarından etibarən sultan Səlim tərəfindən Təbrizin işğalı nəticəsində bir çox Azərbaycanlı sənətkar Osmnlıya köçürüldü. Daha sonra Qacar- Osmnlı əlaqələri yaxşılaşınca ticarəti çox sevən və onula maraqlanan Azərbaycanlılar qərb dərvazası sayılan İstanbula gəlib çatdılar. 1900 lara gəlincə İstanbulda yaşayan Azərbaycanlıların nufus sayısı on mini aşmışdı . Bu Azərbaycanlılar, ticarətlə birlikdə Azərbaycanın vəziyətilə də maraqlanırdılar. O zamanlar, Azəebaycanlılar Osmnlıda baş verən siyasi azadliqlaradan yararlanaraq Qacar memaleke mehrusesi və ana yurdları Azərbaycanla bağlı, iclaslar da keçirirdilər. Zaman irəlilədəkce onlar, faaliyətlərini düzənləmək üçün Osmnlıda fikirdaşlarını bir yerə yığaraq ocaqlar qurub ana vətənlərinə xidmətden heç nə əsirgəmədilər.
İstanbulda yaşayan Azərbaycanlıların qurduğu ocaq " Saadət Encüməni " adlanırdı. Qaynaqlara görə bu əncümənin qadınlar şöbəsi də faaliyət edirdi . Çox sistematik çalışan bu əncümənlər Azərbaycanın sıxıntılı günlərində xalqımızın pis vəziyətini dünya medyasına çatdırmaya müvəffəq oldular . Saadət əncüməni özünü Avropada Azərbaycan Əyalət əncümən nümayəndəsi eləcədə münhəl olmuş İran Parlemantosu olaraq aparırdı. Bilindiyi kimi Theranda parlemanın topa bağlanıldığından sonra Azərbaycan Əyalət Əncüməni özünü geşici "Azərbaycan dövləti" olaraq elan etmişdir . Bu Əncümənin faaliyətlərilə İstanbulda Azərbaycanlılar üçün mali kampaniyalar da tərtib verildi və ələ gələn gəlirlər Təbrizə göndərildi . Qeyd etmək lazimdir ki İran içindən yalnız Ərəb lideri Şeyx Xəzəl Azərbaycanlılara maddi kömək etmişdir .
Sonralar Azərbaycan vəziyəti gərginləşəncə Saadət əncümənini yeni düzənə salmaq amacıyla Nəcəf alimləri Azərbaycanlı Hac Şeyx Əsədullah Mamağanini Saadət əncüməninə sədr olaraq göndərdilər . O 26 şəvval 1326 ( 21 kasım 1908 ) İstanbula gəlib çatdı.
Saadət əncüməni və İttihad-Tərəqqi Cəmiyətilə əməkdaşlıqları
Saadət əncüməni Osmnlıda daha sonra iqtidara gələn ama o zaman gizlicə faaliyət edən Türkçü və müasirləşməni hədəfləyən İttihad-Tərəqqi Cəmiyətilə də yaxından əlaqə saxlamışdı. Bu isə Osmnlı ziyalılarının Osmnlı xaricində yaşayan Türklərin fərq etdiklərindən meydana gəlmişdir . Daha öncə Azərbaycanlıları Əcəm xitab edən Osmnlı ziyalıları bu səfər Azərbaycanlıları "Türk qardaş"larımız olaraq xitab edirdilər. Bu isti münasibət isə iki qardaş xalqın daha yaxınlaşmasına səbəb oldu. Nətice de Osmnlı İttihad-Tərəqqi Cəmiyəti Azərbaycanda baş verən hadisələrlə daha artıq maraqlanmaya başladı. 1 şəban 1325 ( 9 Eylul 1907 ) Təbrizdə çap olan ƏNCÜMƏN gazeti bu cəmiyətin Azərbaycan xalq hərəkatına dayir müsbət münasibətlərini və hətta himayə bəyaniyyəsini nəşr etdi . Daha sonra bu cəmiyyet Səttarxan və sayir mucahidlərə iftixar medaliyası göndərdi. Bu iş Rusları narahat etmişdi . Sənpeterzburgdan gələn bir məktuba görə Rusla iddia etmişlər ki İttihadçılar Azərbaycanlıları Rus əleyhinə təhrik etməyə məşguldurlar . Rusaların şiddətli etirazı nəticəsində Osmnlı dövləti İttihadçıların Azərbaycanda hər cür müdaxiləsini rədd etdi. Osmnlıların 26 novambr 1908 də rəsmi açıxladığı bəyaniyyədə Səttarxana göndərilən medalyaları Saadət Əncüməni tərəfindən göndərilməsini bildirdi . Bu isə bu iki quruluşun sıx əlaqələrindən danışırdı.
İstanbulda Saadət Əncüməni İttihadçılarla birlikdə istibdada xeyir demek amacıyla İran səfirliyi qarşısında nümayiş və mitinglər də keçirdilər .
İttihadçıların yardımıyla İstanbulda çap olan SABAH gazetesi Azərbaycan hərəkatindan davamlı yazılar yazaraq Təbriz garətzədələrə kömək kampaniyası tərtib etmişdi . Azərbaycan əncümən organı sayılan Əncümən isə xalqın psixolojisini yüksətmək üçün bu xəbərləri davamlı çap etməklə məşguluydu .
Azərbaycanlı Səid Salmasi və İttihad-Tərəqqi cəmiyəti
1907 lərdən etibarən Osmanlılar Qacarlarla sınır anlaşmaması nəticəsində Azərbaycanın qərb məntəqələrini işgal edilmişdir. Yayqın bir fikirə gürə Qacar və Osmnlı sultanları Azərbaycanlıları azadlıqdan vaz geçmələri üçün təzyiq altda qoymaq fikrindəydilər . Gizlicə faaliyət edən İttihad-Tərəqqi cəmiyəti Parisdən yayımladığı bir bəyaniyyədə Osmnlı dövlətinin Azərbaycanı işgal etmesindən öz narahatlığını bildirmişdi .
Sərhəddi işgal edən Osmnlı ordusu içində təsadüfi olaraq İttihadçıların üst düzeydə zabitləri o cümlədən Ənvər Paşanın Əmisi Xəlil Paşa da varidi. Beləliklə o Azərbaycan vəziyətinə yaxından tanış idi. Xəlil paşayla six əlaqədə olan Azərbaycanlı şəxis Mirza Səid Salmasi idi .
Bakı, Təbriz, İstanbul üçgənində faaliyyət edən Mirza Səid Salmasi Cənubı Azərbaycanın Slmas şəhərində anadan olmuşdur. Varlı bir ailənin uşağı olan Ağabala daha sonra Səid adını seçmişdir. Gənc çağlarında Bakı, Tiflis, İstanbul və Rusyaya səfər etmişdir. Bu səfərlərdə azadliq nəğmələrini dərindən hiss etmiş və bir inqilabçı kimi vətənə dönmüşdür. 19 yaşında rəsmən İttihad-Tərəqqi cəmiyəti üzvü olmuşdur . Səid Salmasinin xahişincə İttihadçıların tanınmış üzvü Ömər Naci bəy Fransadan Salmasa gəlmişdir. Naci Bəy Salmaslı ziyalılarla birlikdə Salmasın ilk modern və ana dilini də təlim verən məktəbini açmış müdürlüyünu qəbul etmişdir. Mirza Səidin Azərbaycana etdiyi xidmətləri üçün bu məktəbin adı Salmas ziyalıları tərəfindən SƏİDİYYƏ qoyuldu. Səidiyyə məktəbi Salamasda mədəniyətin inkişafında önəmli rolu olmuştur. İttihad-Tərəqqi cəmiyəti Ömər Nacinin Azərbaycanda etdiyi müsbət faaliyətlərdən bu məktubla sevincini bildirmişdir :
"Uzun mektubunuz vasil oldu.Verilen hevadisler bizi memnun etti. Naci beyin medreseye müdür olması münasibatımızın tevessüüne , oradaki rabitanın takviyesine hizmet edeceğini ümid ederiz ".
Mirza Səid xan istibdad başlanandan bir ay sonra İstanbula getdi. İstanbulda azadlıq havası əsdiyi üçün orası Azərbaycanlıların siyasi faaliyətlərinə uygun bir yerə çevrilmişti. Orada hər gün Bəyoğlu məhlləsində siyasi mitinglər keçirilirdi. Mirza Səid isə bu mitinglərdə Azərbaycanlıların nümayəndəsi olaraq iştirak edib nütq edərdi. O bu iclaslarda özünü Azərbaycanlı kimi aparıb Azərbaycan Türkçəsilə danışardı . İrandan gələn başqa xalqlar da öz ana dillərində nütq edirdilər.
Mirza Səid faaliyətlərilə İttihadçıların tanınmış şəxsiyyətlərindən Xəlil paşa, Yakup cemil, Mustafa Necip, Ömər Naci başçılığıyla toplam 30 nəfər İstanbuldan Azərbaycana getmek üçün , Trabzona oradan da Ərzruma getdilər. Xəlil paşa Azərbaycana daxil olmadan Doğu Bayazıtda yaşayan Elat liderlərinin əməkdaşlıqlarını qazanmaq üçün o tərəflərə getdi. Qalanlar isə Vana getdilər. Nəhayətmüzakirələrdən sonra Xəlil paşada onlara qatılıb birlikdə Salmas mahalı mərkəzi Dilmana varid oldular . Dilmanda mücahidlər tərərfindən qarşilandılar. Salmasda silahın az olmasina görə Ömər Naci silah və fişəng getirme üçün təkrar Vana göndərildi. İttihadçılar iki gün Salmasda qaldiqdan sonra 1909 Fevralın sonları istibdad və azadlıq hududu olan Xoya sarı hərərkət etdilər. Xoy Əhalisi Salmas və İttihadçılardan tertiblənən ordunu çox səmimiyətlə qarşıladılar. Bu ordunu sərkərdələri İlk öncə Xoya yığılan mücahitlərin hərbi məşqlərilə meşgul oldular. Bir neçə gün sonra meşrutəçilərlə, istibdadçılar arasinda ağır savaş başladı. Başqala valisi isə atlılariyla birlikdə bu savaşa qatıldı və nəhayət məşrutəçilər qalib gəldilər. Təəsüf ki gənc Mirza Səid Salmasi 21 yaşında şəhid oldu.
Səid Salmsinin şəhadəti Bakı- Təbriz- İstanbul Üçgənini dərin matəmə bürüdü. Onun haqqında onlarca şeir və yazi yazıldı . İstanbulun İttihadçılar tərəfindən fəthi məşrutəçiləri də Tehranı almaya təhrik etdi və bilindiyi kimi neçə ay sonra Tehran isə zəbt edildi. Osmnlı məşrutəçilər tərəfindən İstanbulun zəbti, Azərbaycan mətbuatında da əks oldu.
İttihad-Tərəqqi cəmiyyətinin Azərbaycanda çalışan başqa bir üzvü Qarsli Aydınpaşa və qardaşı İbrahımpaşa idi. Bu iki qardaş xoy və Salmas məntəqələrində faaliyyət edirdilər.1909 fevral ayı Xoy savaşında 100 atliyla iştirak etmişlər .
İttihad-Tərəqqi cəmiyətinin Azərbaycan uğrunda
Apardığı siyasi faaliyətləri
Təbriz, mərkəzi dövlətə baş əymiyincə şah EYNODDOLƏni Azərbaycana vali olaraq göndərdi. Onun Təbrizdə törətdiyi cinayətlər tamam hür insanları o cümlədən İttihadçıları da reaksəyaya məcbur etdi. Bu cəmiyət Eynoddoləye göndərdiyi 6 Şaban 1326( 3 Eylul 1908 ) tarixli məktubda ona etirazlarını bildirmiş və Təbrizin muhasirəsindən vaz geçmesini istəmişdir. Məktubun sonunda bu çarpıcı şeir yazılmışdır:
Ey sitəmgər olma rağib millətin ifnasına
padişəh, sən get gilən biganələr davasına
müslümün qanı mubah olmaz batırma əllərin
olma çox məğrur şahım möhtəkir fətvasına
otuz il nazın çəkən şəhrə əcəb verdin əvəz
xitteye Təbrizi döndərdin bəla səhrasına
Səhl sanma, it gilən məzlum qanından xəzər
qorx o gündən ki qərq olursan səndə qan dəryasına
vaxt o vaxt dur kim sənin həm olsun iqbalın negun
çünkü zülmün çıxmısan bir zirveye əlasına
biz əgər feyze şəhadət dərk edək siz səy edin
ey bizim övladımız məşrutənin icrasına
verdilər fətva mucahid qətlinə al-e-yəzid
rəsmdür təqlid edər, hər kim, öz mövlasına"
Osmnlıda rəsmi olaraq məşrutiyət qəbul olunduqdan sonra Osmnlı səfıri Təbrizdə istibdad mərkəzi sayılan Dəvəçi məhəlləsinə gedib orada inqilab qarşısında duran İslamiyyə əncüməni baıçılarıyla görüşür. O bu görüşdə o əncüməndən məşrutə qarşısında durmamalarını istəyir .
Təbrizin muhasirəsi dəvam edincə Saadət əncüməni 23 sentiyabır1908 də bu ağır vəziyyəti İngilis və Avropa kamo oyuna bildirərərk öz narahatlığını bildirdi . Ruslar Təbrizin muhasirəsini bəhanə edip nihayət Təbriz və Azərbaycanı işgal etdilər. Urmiyə və Təbrizdə məşrutəçilər Osmnlı konsoloslarına sığındılar . Osmnlılar isə Rusların əməllərinə öz etirazlarını bildirdilər . Bir neçə vaxt sonra Osmnlı konsolosuna sığınan Səttarxan və Bağırxan konsolosu tərk edip Tehrana getdilər. Tehranda Atabək parkı hadisəsində Səttarxan yaralanır və bir neçə ay sonra vəfat edir. Onun vəfatına İttihadçılar və Saadət əncüməni İstanbulda bir yas mərasimi keçirir. İstanbulun Validə məçidində keçirilın bu mərasime Osmnlı dövlət Ərkanından bir çox adam qatıldı.Yas mərasimin Rəsmi elanı da İstanbul gəzetələrində yayınlandı . Rusların işgalı dəvam edincə yüzlər Azərbaycanlı məmləkəti tərk edib Salmas yoluyla Osmnlıya sığındılar . Bu Azərbaycanlıların talehləri fərqli oldu. Bir qısmı Balkan savaşlarına qatılib şəhid oldular bir qısmı isə Birinci dünya hərbinə qatılıb Çanakkala savaşında şəhid oldular və qalanı isə ya Avropaya gedib orada yeni siyasi yol tapdılar bir neçəsi də Osmnlılarla təkrar Azərbaycana gəlib Rus işgalçılarla mubarizə aparmaya məşgul oldular.
İttihad-Tərəqqi cəmiyətinin Azərbaycan uğrunda
Apardığı kültürəl faaliyətləri
Osmnlıların Azərbaycan məşrutə inqılabına köməklərinin başqa cəhəti də sənət yoluyla xalqın məşrutəyə marağını qazandırmaq olmuşdur. Bu işlərdən birisi tiyatro qurubların Azərbaycan və Tehrana göndərmesi idi. Gərçi Bkl və Tiflisdən gələn sənət gurubları Osmnlılardan daha aktiv görünürdü ama Osmnlılar Namiq Kamalın Zavallı çocuk və aldanmış adaxlı adlı piyeslərini mükərrər olaraq numayişə qoymaya müvəffəq oldular. Namiq Kemlın meşhur numayişi VƏTƏN yaxud SİLİSTƏRƏ də Tehranda Laləzar xiyavanında olan tiyatrolarda numayişə qoyulmuşdur . Bu piyeslər H.Məlikzadə Təbrizi daha sonra Həsən xan Ərfə adını alan tərəfindən tərcümə olmuşdur.
Namiq Kamalın şeirləri də xalqın dilindəydi :
Amalımız əfkarımız iqbal-i vətəndir
Sərhəddimizə qəl"ə bizim xak-i vətəndir
Dəva günü yeksər görünən qanlı kəfəndir
İranlılarux can verərux nam alarux biz
Davadə şəhadətlə hamı kam alarux biz
Göründüyü kimi bu şeirdə Osmnlılarux yerinə İranlılarux yazılmışdır.
Osmnlıların Azərbaycan məşrutə inqilabına yardımları İstanbulda nümayişə qoyulan tiyatrolarla da dəvam edirdi .Əşrəf adlı şair də öz şeirlərilə Azərbaycan məırutiyyət inqılabına yardım edirdi.Bu məcmuə İstanbulda çap oldu. Şübhəsiz bu kampaniyalar Saadət əncüməni və İttihad-Tərəqqi cəmiyyəti tərəfindən bərpa olmuşdur.
Nəticə:
İitihad -Tərəqqi cəmiyətinin 1905 lərdən başlanan Azərbaycan aktiv siyasəti regyonda Türkçülük tefekkürünun artışına sebeb oldu. Bu artış nəticəsində Azərbaycanın gərçək Türk kimliyi ortaya qoyulmuşdur. Birinci Dünya Hərbində İttihatçıların yönətimində Osmnlı dövləti Azərbaycana daxil oldu. Bu səfər Məşrutiyyət inqilabında ələ gələn təcübələr faydalı oldu. Muasir Azərbaycan siyasi tablosunda adı çox az bilinən Türkçü İttihad-e İslam təfəkkürü ortay gəldi. İttihad-e İslamçıların çabalarıyla Azərbaycan da Türkcə gazetələr və məktəblər açıldı. 1925 ə qədər Azərbaycanlıların səmpatisini qazanan bu düşüncə tərzi, Azərbaycanın Türk sistemli olduğunu qəbul edirdi və onun dəvam etməsini istirdi.1925 də Türk Qacar dövləti aradan getmesi və Pəhləvi fars sisteminin ortya resmən gəlişilə bu təfəkkür tərzi ortadan qaldırıldı. Bu movzuun detaylı analizini sonra ki məqlələrə bıraxırıq.
1 Comments:
cok ilgi cekicidir ustad.
yorulmiyasiniz.
Yorum Gönder
<< Home